Çempionlar Liqasında son tur: "Qalatasaray" sensasiya axtarışında - YENİLƏNİR

11 Dekabr 2019 11:50 Çempionlar Liqası 894
Çempionlar Liqasında son tur: "Qalatasaray" sensasiya axtarışında - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. Sportinfo.az xəbər verir ki, son oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunda pley-off-a hər iki vəsiqənin sahibi məlum olduğundan əsas mübarizənin 3-cü yer uğrunda gedəcəyini söyləmək olar. Səfərdə PSJ-nin qonağı olacaq "Qalatasaray" Avroliqaya düşmək üçün səfərdə qələbə qazanıb, "Brügge"nin evdə "Real"la matçda xal itirməsini gözləyəcək.

B qrupunda da vəziyyət eynidir. "Bavariya" və "Tottenhem"in pley-off-a çıxması artıq rəsmiləşib. "Srvena Zvezda" və "Olimpiakos" isə Avroliqaya vəsiqə uğrunda öz aralarındakı oyunda münasibətlərə aydınlıq gətirməyə çalışacaq.

C qrupunda "Mançester Siti"nin pley-off-da olacağı ötən tur rəsmiləşib. Digər 3 komandanın şansı qaldığından, son tur kifayət qədər gərgin keçəcək.

D qrupunda "Yuventus" artıq növbəti raunda vəsiqəni təmin edib. İkinci yer uğrunda mübarizə isə iki komanda - "Atletiko" və "Bayer" arasında gedəcək. İspanlar evdə Moskva "Lokomotiv"ini məğlub edəcəyi halda, "Bayer" - "Yuventus" görüşünün nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksələcək.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

11 dekabr

A qrupu

00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə)
00:00. “Brügge” (Belçika) – “Real” (İspaniya)

1 PSJ 5 4 1 0 12-2 13
2 Real 5 2 2 1 11-7 8
3 Brügge 5 0 3 2 3-9 3
4 Qalatasaray 5 0 2 3 1-9 2

B qrupu

00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya)

1 Bavariya 5 5 0 0 21-4 15
2 Tottenhem 5 3 1 1 17-11 10
3 Srvena Zvezda 5 1 0 4 3-19 3
4 Olimpiakos 5 0 1 4 7-14 1

C qrupu

21:55. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə)
21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya)

1 Mançester Siti 5 3 2 0 12-3 11
2 Şaxtyor 5 1 3 1 8-10 6
3 Dinamo (Zaqreb) 5 1 2 2 9-9 5
4 Atalanta 5 1 1 3 5-12 4

D qrupu

00:00. “Bayer” (Almaniya) – “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

1 Yuventus 5 4 1 0 10-4 13
2 Atletiko 5 2 1 2 6-5 7
3 Bayer 5 2 0 3 5-7 6
4 Lokomotiv 5 1 0 4 4-9 3

Digər Xəbərlər
Xəbər Lenti