Çempionlar Liqasında maraqlı və gərgin gecə - YENİLƏNİR

10 Dekabr 2019 11:11 Çempionlar Liqası 931
Çempionlar Liqasında maraqlı və gərgin gecə - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun görüşlərinə start veriləcək. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 qarşılaşma keçiriləcək.

Gecənin ilk matçları E qrupunda olacaq. Pley-off-a vəsiqə qazanan iki komandanın adına məhz son turda aydınlıq gələcək. "Zalsburq"la səfər matçında "Liverpul"a heç-heçə kifayət edəcəksə, avstriyalılar meydana yalnız qələbə üçün çıxacaq. Çünki istənilən xal itkisi "Zalsburq" qrupda saxlayacaq. "Napoli" isə evdə "Genk" üzərində qələbə qazanıb, digər matçın nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə adlamağa çalışacaq.

F qrupunda "Barselona" 1/8 finala vəsiqəni təmin etdiyindən əsas mübarizə "İnter" və "Borussiya" arasında ikinci yer uğrunda gedəcək. Milan təmsilçisi evdə kataloniyalıları, Dortmund klubu isə Praqa "Slaviya"sını qəbul edəcək.

G qrupunda 10 xalla zirvədə yer alan "Leyptsiq" səfərdə 7 xalı olan "Lion"la üz-üzə gələcək. "Benfika" isə Lissabonda "Zenit"lə münasibətlərinə aydınlıq gətirəcək.

H qrupunun görüşləri də maraqlı mübarizə vəd edir. "Ayaks", "Valensiya" və "Çelsi" pley-off şanslarını saxladığından hər şey son turda bilinəcək. Lider "Ayaks" evdə ən yaxın izləyicisi "Valensiya" ilə üz-üzə gələcək. Amsterdam təmsilçisini bu matçda bərabərlik də qane edəcək. "Çelsi" isə Londonda "Lill"i sınağa çəkəcək. 7 xalı olan "zadəganlar" qalib gələcəyi təqdirdə, digər oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksələcək.

Son turun digər 8 qarşılaşması isə sabah keçiriləcək.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika)

21:55. "Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)

1 Liverpul 5 3 1 1 11-8 10
2 Napoli 5 2 3 0 7-4 9
3 Zalsburq 5 2 1 2 16-11 7
4 Genk 5 0 1 4 5-16 1

F qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya)

00:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

1 Barselona 5 3 2 0 7-3 11
2 İnter 5 2 1 2 9-7 7
3 Borussiya Dortmund 5 2 1 2 6-7 7
4 Slaviya 5 0 2 3 3-8 2

G qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

00:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya)

1 Leyptsiq 5 3 1 1 8-6 10
2 Zenit 5 2 1 2 7-6 7
3 Lion 5 2 1 2 7-6 7
4 Benfika 5 1 1 3 7-11 4

H qrupu

00:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya)

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

1 Ayaks 5 3 1 1 12-5 10
2 Valensiya 5 2 2 1 8-7 8
3 Çelsi 5 2 2 1 9-8 8
4 Lill 5 0 1 4 3-12 1

Digər Xəbərlər
Xəbər Lenti