"Komandada özünəinam yoxdur"

28 Noyabr 2019 13:58 Çempionlar Liqası 723
"Komandada özünəinam yoxdur"

"Borussiya"nın kapitanı Marko Roys Çempionlar Liqasının beşinci turu çərçivəsində "Barselona"ya (1:3) qarşı keçirilən görüşlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu komandanın uğursuz çıxışına bu cür münasibət bildirib:

"Kimə qarşı oynayacağımızı bilirdik. Topla yaxşı oynadıq, sadəcə həlledici ötürmələrdə problemlərimiz var idi. Topu itirdikdən sonra pressinq etməliyik. Işlərimiz hələ ki, qaydasında getmir. Bəxtimiz də gətirmir. Daim qələbə üçün oynayırıq. Lakin etiraf etmək lazımdır ki, komandada özünəinam yoxdur".

Aktivində 11 xalı olan "Barselona" qrupdan çıxmaq məsələsini həll edib. Dortmund təmsilçisi 7 xalla üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti