Harri Keyn əfsanəvi Del Pyeronu geridə qoydu

27 Noyabr 2019 13:06 Çempionlar Liqası 588
Harri Keyn əfsanəvi Del Pyeronu geridə qoydu

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Olimpiakos"la görüşündə vurduğu qollarla "Tottenhem"i 1/8 finala çıxaran Harri Keyn fərdi qaydada da uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə millisinin forvardı vurduğu iki qolla Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

26 yaşlı futbolçu bu turnirdə 20 qolu ən az oyunda vurmaqla tarixə düşüb. Keyn artıq 24 oyunda limiti dolduraraq əfsanəvi Alessandro del Pyeronu geridə qoyub. "Yuventus"un sabiq futbolçusu 26 görüşdə rəqib qapıçıları 20 dəfə məyus etmişdi. Üçüncülüyü isə 27 oyunla niderlandlı Ruud van Nistelrooy qapayır.

Digər Xəbərlər
Xəbər Lenti