Levandovski tarixə düşdü

27 Noyabr 2019 11:20 Çempionlar Liqası 744
Levandovski tarixə düşdü

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Srvena Zvezda" - "Bavariya" oyunu (0:6) qonaqların hücumçusu Robert Levandovski üçün yaddaqalan olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı polyak forvard 15 dəqiqəyə 4 qol vurmaqla tarixə düşüb.

Pokeri ikinci hissədə edən Münhen klubunun üzvü "Bavariya"nın heyətində ÇL-də vurduğu qolların sayını 46-ya çatdırıb. O, Almaniya təmsilçisinin ÇL-dəki bombardiri Tomas Mülleri (43 qol) arxada qoyub.

Levandovski Çempionlar Liqasında vurduğu 63 qolla Kriştianu Ronaldo (127), Lionel Messi (113), Raul Qonzales (71) və Kərim Benzemadan geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti