Əsgər salamı verdi, türk futbolçunu qucaqladı - VİDEO+FOTOLAR

27 Noyabr 2019 01:38 Çempionlar Liqası 1 972
Əsgər salamı verdi, türk futbolçunu qucaqladı - VİDEO+FOTOLAR

"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində hazırda davam edən "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.

Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.





Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM