Çempionlar Liqasında qrup həyəcanı bu axşam davam edəcək. Sportinfo.az xəbər verir ki, bu raundun 5-ci turunun ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A qrupunda pley-offa çıxmaq şanslarını itirən "Qalatasaray" doğma meydan "Brügge" ilə münasibətlərini aydınlaşdıracaq. Fatih Terimin komandası yalnız Avroliqaya yollanmaq haqda düşünə biər. Madriddə isə liderlərin - "Real"la PSJ-nin qarşıdurması olacaq. Paris klubu 1/8-ə vəsiqə qazanıb, “Real”a uduzmasa, qrup liderliyini təmin edəcək.
B qrupundan növbəti mərhələyə keçmək imkanını saxlayan "Srvena Zvezda" doğma meydan 1/8 finala vaxtından əvvəl çıxmış "Bavariya"nı məğlub etməyə çalışacaq. Çətin görünsə də, mümkünsüz deyil. Joze Mourinyolu "Tottenhem" isə portuqalın rəhbərliyi altında tarixində ilk dəfə ÇL oyununa çıxacaq və Londonda "Olimpiakos"dan üstün olmağa çalışacaq, ikinci pillədəki yeri möhkəmləndirmək üçün. Eyni zamanda bu gün "Srvena Zvezda" almanlara qalib gələ bilməsə, "Tottenhem" qələbə və ya heç-heçə təqdirində faktiki olaraq qrupdan çıxmasını təmin edəcək.
C qrupunda "Mançester Siti"ni saymasaq, ikinci vəsiqə uğrunda "Şaxtyor"la Zaqreb "Dinamo"su mübarizə aparacaq. Əgər Ukrayna təmsilçisi qələbə qazansa və zaqreblilər uduzsa, Donetsk klubu növbəti mərhələyə yüksələcək. Çünki şəxsi oyunlarda "şaxtaçılar"ın üstünlüyü var. Debütant "Atalanta" isə yalnız qrup 3-cüsü kimi yoluna Avroliqada davam edə bilər.
Nəhayət, günün son oyun qrupu - D qrupunda hər 4 komandanın mərhələ keçmək şansları var. Bu axşam Turində "Atletiko"nu qəbul edəcək lider “Yuventus” vəsiqəni təmin edib. Qələbə turinlilərin qrup liderliyini də rəsmiləşdirəcək. “Atletiko” qalib gəlsə və ya hər iki matç heç-heçə bitsə, Madrid klubu 1/8 finala yüksələcək. "Lokomotiv" də fürsətdən yararlanıb Moskvada "Bayer"i məğlub etməklə madridlilərlə xal fərqini minimuma endirib 1/8 şanslarını saxlaya bilər.
Çempionlar Liqası. Qrup mərhələsi. 5-ci tur
26 noyabr
A qrupu
21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika)
00:00. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa)
| 1 | PSJ | 4 | 4 | 0 | 0 | 10-0 | 12 |
| 2 | Real | 4 | 2 | 1 | 1 | 9-5 | 7 |
| 3 | Brügge | 4 | 0 | 2 | 2 | 2-8 | 2 |
| 4 | Qalatasaray | 4 | 0 | 1 | 3 | 0-8 | 1 |
B qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya)
00:00. “Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
| 1 | Bavariya | 4 | 4 | 0 | 0 | 15-4 | 12 |
| 2 | Tottenhem | 4 | 2 | 1 | 1 | 13-9 | 7 |
| 3 | Srvena Zvezda | 4 | 1 | 0 | 3 | 3-13 | 3 |
| 4 | Olimpiakos | 4 | 0 | 1 | 3 | 5-10 | 1 |
C qrupu
00:00. “Atalanta” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)
| 1 | Mançester Siti | 4 | 3 | 1 | 0 | 11-2 | 10 |
| 2 | Şaxtyor | 4 | 1 | 2 | 1 | 7-9 | 5 |
| 3 | Dinamo Z. | 4 | 1 | 2 | 1 | 9-7 | 5 |
| 4 | Atalanta | 4 | 0 | 1 | 3 | 3-12 | 1 |
D qrupu
21:55. “Lokomotiv” (Rusiya) – “Bayer” (Almaniya)
00:00. “Yuventus” (İtaliya) - “Atletiko” (İspaniya)
| 1 | Yuventus | 4 | 3 | 1 | 0 | 9-4 | 10 |
| 2 | Atletiko | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
| 3 | Lokomotiv | 4 | 1 | 0 | 3 | 4-7 | 3 |
| 4 | Bayer | 4 | 1 | 0 | 3 | 3-7 | 3 |

