Həftənin ən yaxşısı kim olacaq?

7 Noyabr 2019 14:39 Çempionlar Liqası 746
Həftənin ən yaxşısı kim olacaq?

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ən yaxşı futbolçu adına braziliyalı Rodriqo (“Real Madrid”, İspaniya), mərakeşli Əşrəf Hakimi ( “Borussiya”, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə) iddia edirlər.

Həftənin ən yaxşı qoluna gəlincə, burada səs verməyə braziliyalı Duqlas Kostanın (“Yuventus”, İtaliya), fransalı Joffre Kondoqbiyanın (“Valensiya”, İspaniya) və ingiltərəlilər - Rahim Strerlinqlə (“Mançester Siti”, İngiltərə) Aleks Oksley-Çemberlenin (“Liverpul”, İngiltərə) qolları çıxarılıb.

Qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu