
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets" və "Ferentsvaroş" da üz-üzə gəlib.
Matçda hesab açılmayıb - 0:0.
Komandalar arasında cavab qarşılaşması avqustun 12-də keçiriləcək.
Bu komandalardan hansı növbəti mərhələyə yüksəlsə, "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Cütün məğlubu da Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün məğlubuna rəqib olacaq.