
Millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, Hüseynovun komandası 3-cü turda "Botev"in qonağı olub.
Görüş "Arda"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Cəlal sona qədər oynayıb.
Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb.
22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayd səbəbindən hesaba alınmayıb.
Mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
3 turdan sonra Bolqarıstan çempionatında lider UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”dir (9 xal).