
Ötən mövsüm formasını geyindiyi “Kəpəz”dən ayrılan Turan Mnnafov vətəni tərk edib.
Azərbaycanlı müdafiəçi yeni komandasına qoşulmaq üçün Cənubi Afrikaya yola düşüb.
Bu ölkənin elitasında mübarizə aparan “Stellenboş”la anlaşan solaxay məşqlərə start verib.
Turan Keyptaunda olduğu dönəmdə “Stellenboş” ölkə kubokunda “Ama Zulu” kollektivi ilə görüşüb və 3:2 hesabı ilə qələbə qazanıb.
Həmyerlimizin adı iştirak ərizəsinə salınmadığı üçün matçı tribunadan izləyib. Və rrəqib komandanın heyətində tanıdığı simanı görüb.
Kim olsa yaxşıdır?
Azərbaycan Premyer Liqasından xatırladığımız - 2019-cu ildə qısa müddətdə “Sabah”ın, 2019/20 mövsümün “Səbail”in uğurları üçün tər tökən Hendrik Ekşteyn.
Cənubi Afrikadan olan Ekşteyn “Səbail”dəki keçmiş komanda yoldaşı Manafovu Keyptaunda görüncə, təəccüblənib. Söhbət əsnasında onun “Stellenboş”la müqavilə bağlamaq üzrə olduğunu öyrənib. Sevincini gizlətməyərək ona yeni kklubunda uğurlar arzulayıb.
Və hansısa çətinliklər zamanı əlindən gələn köməkliyi göstərə biləcəyini deyib.
Vaxtilə Yunanıstanda da legioner həyatı yaşamış (“Olimpiakos Volos”da) 26 yaşlı futbolçu müdafiəçi olmasına baxmayaraq, Premyer Liqada meydana çıxdığı 137 oyunda 8 qol və 7 assistlə fərqlənib. O, əsasən cərimə zərbələrindən vurduğu qollarla xatırlanır.
HƏBİB / SPORTİNFO.AZ