“Qarabağ” yalnız 1:0 öndədir” - Gözünü Bakıya dikdi

02:40 Qarabağ 83
“Qarabağ” yalnız 1:0 öndədir” - Gözünü Bakıya dikdi

"Şkendiya"nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"a uduzduqları matçı (0:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Bakıdakı cavab görüşündə yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir.

Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk.

Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başa-baş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar.

Oyunda fərqlənmək üçün bir neçə şansımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdir".

Bu komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!
6 Avqust 01:30 Avroliqada 1 qələbə