“Qarabağ”dan mənasız qollar buraxmamalı idik” - "Şelburn"un kapitanı

24 İyul 13:20 Çempionlar Liqası 597
“Qarabağ”dan mənasız qollar buraxmamalı idik” - "Şelburn"un kapitanı

Sportinfo.az “The Irish Sun”a istinadən xəbər verir ki, "Şelburn"un (İrlandiya) kapitanı Paddi Barrett Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində evdə "Qarabağ"a uduzduqları görüş (0:3) haqda danışıb.

İrlandiyalı müdafiəçi etiraf edib ki, oyunun sonlarına yaxın bərabərlik qolunu axtarmaq əvəzinə, hesabın daha da artmasının qarşısını almaq vacib idi:

“Fasilədə hələ də oyunu dəyişə biləcəyimiz haqda danışdıq.

Qapımıza vurulan qol çox üzücü idi, amma hücumda keyfiyyətli oyunçularımızın olduğunu bilirdik.

İkinci hissədə enerjimizi artırdıq və rəqibə təzyiq göstərmək istədik. Amma oyuna nəzarət etmək və mənasız qollar buraxmamaq lazım idi”.

Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!