Kadiyə nə olub? - Qurban Qurbanovdan VACİB AÇIQLAMA

11:00 Qarabağ 715
Kadiyə nə olub? - Qurban Qurbanovdan VACİB AÇIQLAMA

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kadi Borgesin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya qarşı oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, Skopyedə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib:

“Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma indi bunu müzakirə etməli deyilik.

Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Kadiyə qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar.

Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".

Kadi matçda bir sarı vərəqə alıb, 73-cü dəqiqədə isə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”