Qurban Qurbanov makedonu Bakıya dəvət etdi: “İmkan olsa, qonağımız ola bilərsiz”

20:20 Qarabağ 190
Qurban Qurbanov makedonu Bakıya dəvət etdi: “İmkan olsa, qonağımız ola bilərsiz”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"ya qarşı keçirilən ilk oyundan sonra Şimali Makedoniyadan olan jurnalisti Bakıya dəvət edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında Ağdam təmsilçisini gözəl matç və 12 il ardıcıl avrokubokların qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edən jurnalisti Bakıdakı cavab görüşündə görmək istədiyini deyib.

"Bizə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Göstərdiyiniz hörmət çox xoş oldu. Sizi Bakıya dəvət edirəm. İmkan olsa, Bakıya gəlib, qonağımız ola bilərsiniz", - Q.Qurbanov söyləyib.

"Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”