Çempionlar Liqasında mərhələ adladılar - NƏTİCƏLƏR

30 İyul 01:00 Çempionlar Liqası 127
Çempionlar Liqasında mərhələ adladılar - NƏTİCƏLƏR

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Bununla da 3-cü mərhələyə adlayacaq 5 komanda müəyyənləşib.

"Kayrat", "Dinamo" (Kiyev), "Kopenhagen", "Srvena Zvezda" və "Slovan Bratislava" adlarını növbəti mərhələyə yazdırıblar.

Bu mərhələnin digər 10 cavab oyunu isə iyulun 30-na nəzərdə tutulub. Həmin gün Azərbaycan təmsilçisi "Qarabağ" da cavab matçına çıxacaq.

Ağdam təmsilçisi ilk görüşdə İrlandiyada 3:0 hesabı ilə qalib gəldiyi "Şelburn"la Bakıda qarşılaşacaq.

19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya) - 3:0

Qollar: Satpayev, 9, Jorjinyo, 29, Qromiko, 43

Qırmızı vərəqə: Zarya, 45 ("Kayrat")

İlk oyun: 0:2

22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka) - 0:1

Qol: Kornelyus, 42

Qırmızı vərəqə: Balaj, 27 ("Drita")

İlk oyun: 0:2

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta) - 3:0

Qollar: Vanat, 28, Brazko, 35, Mxavko, 82

İlk oyun: 3:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) - 5:1

Qollar: Katay, 8, İvaniç, 16, Duart, 37, Milson, 44, Ndiaye, 75 - De Barr, 53

İlk oyun: 1:0

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya) - 2:2

Qollar: Bilbiya, 72-pen; Pranyiç, 76 - Streleç, 80, 87

İlk oyun: 0:4

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!