"Ümid edirəm ki, o, "Drita" ilə yox, "Qarabağ"la cavab matçına hazır olacaq"

29 İyul 22:40 Çempionlar Liqası 659
"Ümid edirəm ki, o, "Drita" ilə yox, "Qarabağ"la cavab matçına hazır olacaq"

Sportinfo.az xəbər verir ki, FKSB-nin (Rumıniya) İdarə Heyətinin sədri Mihay Stoika Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunun "Şkendiya" (Şimali Makedoniya) ilə ilk oyunda (0:1) zədələnən kapitan Darios Olaru ilə bağlı fikirlərini bildirib.

“iAM SPORT”a danışan Stoikanın sözlərinə görə, yarımmüdafiəçi təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq və “Qarabağ”ı ilə potensial qarşıdurmaya hazır ola bilər:

"Yəqin ki, Olaru avqustun 10-na kimi 100 faiz hazır olacaq və ümid edirəm ki, “Drita” ilə yox, “Qarabağ”la cavab oyununa hazır olacaq".

"Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində ilk görüşündə "Şelburn"a səfərdə 3:0 qalib gəlibsə, FKSB "Şkendiya"ya 0:1 uduzub.

Hər iki komanda mərhələni adlayarsa, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bir-birinə rəqib olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 5-6 və 12-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!