Nazir xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirdi - FOTOLAR

6 Avqust 2025 04:10 Bizimkilər 517
Nazir xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirdi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirib.

Sportinfo.az xəbər verir ki, Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.

ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib.

Rüfət Bakı karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.

Nazir Fərid Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM