“Qarabağ” uddu, Azərbaycan Rusiyanı ötdü, Ukraynaya yaxınlaşdı

6 Avqust 2025 12:40 Azərbaycan Futbolu 1 053
“Qarabağ” uddu, Azərbaycan Rusiyanı ötdü, Ukraynaya yaxınlaşdı

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) üzərindəki səfər qələbəsi (1:0) sayəsində mümkün olub.

Ölkəmizin reytinqinə daha 0,250 xal yazılıb. Bununla da Azərbaycanın sön 5 mövsümdəki xalı 19,000-ə çatıb. Azərbaycan hazırda 28-ci yerdədir.

27-ci pillədə olan Ukraynanın 19,225, ölkəmizdən geridə - 29-cu yerdə qərarlaşan Rusiyanın (yarışlardan xaric edilib) 18,299, 30-cu pilləni tutan Bolqarıstanın isə 17,250 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”