“Qarabağ”a utanılacaq hesabla məğlub olmadıq”

01:50 Qarabağ 507
“Qarabağ”a utanılacaq hesabla məğlub olmadıq”

“Şkendiya”nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, matçdan sonra mətbuat konfransında bunları deyib:

“Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq”.

“Şkendiya” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”