"Neftçi" bahalı transfer etdi, ona yerli və xarici klublardan yeni təkliflər gəldi - SON DƏQİQƏ

13:00 Neftçi 1 444
"Neftçi" bahalı transfer etdi, ona yerli və xarici klublardan yeni təkliflər gəldi - SON DƏQİQƏ

«Neftçi» Rza Cəfərova görə yeni təkliflər alıb.

Saytımız bu barədə paytaxt klubundan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, həm ölkə daxilindən, həm də ölkə xaricindən gənc qapıçıya elçi düşənlər var.

21 yaşlı kiperin «ağ-qaralar»la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. İki ildir əsas heyətdə möhkəmlənən «əlcək sahibi»nin növbəti mövsümdə də «1 nömrə» olacağı artıq az inandırıcıdır.

Çünki bakılılar artıq Kenan Piriçi sıralarına qatıb.

Son olaraq Türkiyədə «Antalyaspor»un formasını geyinmiş bosniya və herseqovinalı qapıçını uzunmüddətli danışıqların nəticəsində bura gətirmək mümkün olub.

Aydındır ki, Samir Abasov balkanlı legioneri ehtiyat skamyada əyləşdirmək niyyəti ilə komandaya dəvət etməyib. Belə olmasaydı, Piriçlə görüşmələr aylarla sürməz və ona böyük məbləğdə vəsait ödənilməzdi.

Rzanın onun kölgəsində qalacağını düşünməyə dəyər.

Bu, ehtimal deyil, gözləntidir. Odur ki, «Neftçi»nin yetirməsinə yeni təkliflərin gəlməsi normal qarşılanmalıdır. Onun getməsi də həmçinin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”