Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü - FOTO

6 Avqust 2025 07:10 Hadisə 516
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü - FOTO

Kəlbəcərdə hərbçimiz minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müddətdən artıq hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşərək xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

MAXE E.Tanrıverdiyev Goranboy rayon sakinidir.

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi