
“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirir.
Ağdam təmsilçisi dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali İrlandiya) ilə səfər matçında da qələbə qazanıb - 1:0.
Beləliklə, “Qarabağ” bu mövsüm yarışda keçirdiyi hər 3 oyunu qalibiyyətlə başa vurub.
İkinci təsnifat mərhələsində Qurban Qurbanovun komandası “Şelburn”u (Şimali İrlandiya) hər iki görüşdə məğlubiyyətə uğradıb (3:0, 1:0).
Sportinfo.az UEFA-nın statistik göstəricilərinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridir.
Qapısını toxunulmaz saxlayan digər klub isə “Kopenhagen”dir (Danimarka). Hər iki klub bu göstəriciyə görə 1-2-ci yeri tutur.
Еəsnifat mərhələlərinndə iştirakçı komandaların ümumi sayı 44-dür. Onlardan 42-i öz qapısından qol buraxıb. Ən çox top buraxan (9 dəfə) İslandiyanın “Breydablik” komandasıdır.