"Fənərbaxça" Niderlandda uduzdu, qazaxlar qalib gəldi - Çempionlar Liqasında NƏTİCƏLƏR

"Fənərbaxça" Niderlandda uduzdu, qazaxlar qalib gəldi - Çempionlar Liqasında NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

“Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə (Bolqarıstan) və “Ferentsvaroş” (Macarıstan) da üz-üzə gəlib. Bolqarıstanda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Günən digər diqqətçəkən matçlarıından biri Niderlandda olub. Burada “Feyenoord” Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Mərhələnin cavab oyunları avqustun 12-də və 13-də keçiriləcək.

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya) - 1:0

Qol: Satpaev, 90

21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika) - 0:1

Qol: Vermant, 75

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya) - 1:3

Qollar: İshak, 34 - Kruniç, 9, 51

23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə) - 2:1

Qollar: Timber, 19, Moussa, 90+1 - Amrabat, 86

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: İvanoviç, 53, Florentino, 88

6 avqust

"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0

"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1

"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1

"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!
6 Avqust 01:30 Avroliqada 1 qələbə