İlkin Fikrətoğlu - Məğlub, amma məğrur "Zirə" haqda VİDEO

15:00 Zirə 110
İlkin Fikrətoğlu - Məğlub, amma məğrur "Zirə" haqda VİDEO

Avropa ilə vidalaşan ilk və hələ ki, yeganə klubumuz “Zirə” oldu.

Xorvatiyanın “Dinamo Zaqreb”lə yanaşı, ən titullu, ən məşhur klubu - “Hayduk”la dulein çətin olacağı əvvəldən bilinirdi.

Amma bir var, rəqibin ad-sanından, gücündın qorxub, “onsuz, uduzsam da, heç kəs məni qınamayacaq” düşünücəylə məğlub olmaq, bir də “Zirə” kimi uduzmaq.

Splitdə keçirilən oyunda “Zirə”nin əzmkarlığı son gülləsinə qədər döyüşüb qəhrəmancasına həlak olmağa bənzəyirdi.

Xorvat azarkeşlərin təzyiqi, zədələr üzündən ehtiyat skamyanın kasadlığı azmış kimi, digər tərəfdən də, Rikardo Quima 77-ci dəqiqədə yersiz hərəkəti ilə komandanı azlqıda qoyur.

Bundan sonra axıradək döyüşən komandaya yalnız “əhsən” düşür!

İssa Cibrilla 2 illik “Zirə” karyerası ərzində cəmi 5 qol vurub. Onun da ən vacibini, ən əziyyətlisini “Hayduk”a vurdu.

Bu epizodda qapıcının səhvi də vardı, amma taqətdən düşənədək topla irəliləyən Cibrillanı da alqışlamaq lazımdır.

Təəssüf ki, əlavə vaxtın əvvəlində xorvatlar qol vurdu və artq yorulmuş “Zirə”nin ikinci dəfə hesabı bərabərləşdirməyə gücü çatmadı.

“Zirə”nin Avropa macərası bu mövsümlük başa çatdı: məğlub, amma başı dik, məğrur getdilər. Digər 3 komandamıza isə uğurlar!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”