Debütant Portuqaliya klubunun afrikalı legioneri ilə “nigah”a girdi

6 Avqust 2025 13:40 Hadisə 643
Debütant Portuqaliya klubunun afrikalı legioneri ilə “nigah”a girdi

"İmişli" heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Yav Mozesi transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qanalı futbolçunun son klubu "Torrense" (Portuqaliya) olub.

"İmişli" bunadək Xorxe Kaskilya (baş məşqçi), Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail"), Ezekiel Morqan (son klubu "Karvan"), Nikola Karaklayiç (son klubu "Novi Pazar", Serbiya), Luiz Fernando Silvestr Junioru sıralarına cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi