1:1 qurtardı, Rüfətin Xorvatiya çempionatında debütu baş tutmadı

6 Avqust 2025 04:30 Bizimkilər 607
1:1 qurtardı, Rüfətin Xorvatiya çempionatında debütu baş tutmadı

Xorvatiya çempionatında 2025/26 mövsümünün ilk turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Qoritsa”nı qəbul edib.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun debütu baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Sabiq “Səbail”li bu günlərdə “Varazdin”lə 3 illik müqavilə imzalayıb.

Abdullazadənin komandası ikinci turda səfərdə “Slaven Belupo”nun qonağı olacaq. Avqustun 10-da keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM