Azərbaycanlı müdafiəçi qol vurdu, VAR saymadı - Bolqarıstanda

7 Avqust 2025 04:00 Bizimkilər 686
Azərbaycanlı müdafiəçi qol vurdu, VAR saymadı - Bolqarıstanda

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun da formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub.

Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayd səbəbindən hesaba alınmayıb.

Mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

3 turdan sonra Bolqarıstan çempionatında lider UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”dir (9 xal).

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM