26 yaşlı futbolçu qəflətən öldü - Səbəbi gizli saxlanıldı

7 Avqust 2025 00:00 Hadisə 1 292
26 yaşlı futbolçu qəflətən öldü - Səbəbi gizli saxlanıldı

“Zorya”nın futbolçusu Volodimir Belotserkovetsin 26 yaşında qəflətən vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna klubu məlumat yayıb.

“Zorya” Futbol Klubu futbolçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Hamımız onu peşəkar, mehriban və yaxşı bir insan kimi xatırlayacağıq”, - deyə komandanın məlumatında bildirilir.

Klubun yarımmüdafiəçisinin ölümünün səbəbi açıqlanmayıb.

“Sport” portalı avqustun 6-da futbolçunun topuğundakı zədənin sağaldığını, ümumi qrup məşqlərinə qayıtdığını yazıb.

Volodimir Belotserkovetsin Xarkovun “Metallist” klubunun yetirməsi olub. O, “İnqulets”də də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!