Baş məşqçini boğaza yığdı, klub “maaş yükü”ndən xilas oldu

14:40 Qəbələ 489
Baş məşqçini boğaza yığdı, klub “maaş yükü”ndən xilas oldu

“Qəbələ”nin Abdullahi Şuaybu ilə yollarını ayırmasını artıq bilirsiz.

Nigeriyalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən hücumçu 29 oyunda 8 qol vurub.

Vaxtilə «Kəpəz»in şərəfini qnorumuş afrikalının «Qəbələ» ilə müqaviləsi gələn ilin yayında başa çatacaqdı. Onun düşərgədən göndərilməsi birbaşa Kaxaber Sxadadzenin qərarıdır

Baş məşqçi bu ilin yanvarından etibarən Şuaybunu «gözdən çıxarıb». I Liqanın ikinci yarısında ona əsas heyətdə az-az şans verirdi.

Gürcü çalışdırıcını narazı salan nigeriyalının idman rejiminə tam əməl etməməsi, bəzən intizamsızlığa yol verməsi idi. Bir neçə dəfə forvardı cərimələməsi də bizə məlumdur.

Ön xətt oyunçusu «Qəbələ»də aylıq 2500 dollar civarında pul qazanırdı. Yeni sezonu da burada keçirsəydi, əməkhaqqısı 4000 dollar təşkil edəcəkdi.

«Qəbələ» az məbləğdə təzminat qarşılığında Şuaybu ilə müqaviləsini pozmağa müvəffəq olmaqla, eyni zamanda, «maaş yükü»ndən qurtulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”