
"Məşqçi kimi Kadi Borgeslə Pedro Bikalyonun yanaşı oynamasının əlehinəyəm.
Amma bilmirik ki, Marko Yankoviçin durumu nə yerdədir.
Böyük ehtimalla, qarşıdakı turlarla bu orta sahə olmayacaq.
Nəriman Axundzadənin də tənqid edilməsini anlamaqda çətinlik çəkirəm. Əsas odur, məşqçinin tapşırığını yerinə yetirib.
Qol epizodlarını boşa versə belə, texniki heyət ondan istədiyini gördüyü iş əmsalı ilə ala bilir".
Bu açıqlama ilə “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində məşqçi Azər Bağırov çıxış edib.
Elçin Cəfərovun aparıcısı olduğu verilişdə "Pro" kateqoriyalı mütəxəssis Çempionlar Liqasının 3-cü təsnifat məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şkendiya" - “Qarabağ” matçı (0:1) ilə bağlı şərhlər verib, azarkeşlərin ünvanladıqları suallar cavablandırılıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN