Gecə həyatına aludə oldu, Qurban Qurbanovun gözündən düşdü, depressiya yaşadı - VİDEO

6 Avqust 17:40 Qarabağ 6 883
Gecə həyatına aludə oldu, Qurban Qurbanovun gözündən düşdü, depressiya yaşadı - VİDEO

«Hələ də bilmirik ki, onunla Qurban Qurbanov arasında nə yaşanıb».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Kevin Medinanın son vaxtlar «Qarabağ»ın əsas heyətin düşməyə çətinlik çəkməsi haqda danışıb.

Tanınmış teleşərhçi bildirib ki, bu səviyyədə müdafiəçi tapmaq hazırda elə də asan məsələ deyil:

«Yəqin ki, Qurban Qurbanov onu silkələyəcək. Bəzən şəxsi həyatda elə hadisələr baş verir ki, hər adam onun altından çıxa, ağırlığını qaldıra bilmir.

Verlişin aparıcısı Ceyhun Rzayev isə qeyd edib ki, «Tank» ləqəbli kolumbiyalı legionerin tez-tez ehtiyata düşməsi şəxsi həyatı ilə bağlıdır.

Belə ki, o, Medianın həyat yoldaşından ayrıldığını, bundan sonra depressiyaya düşdüyünü və gecə həyatına fikir vermədiyini vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu