"Ağzımı tikmək məcburiyyətindəyəm" - Bir daha futboldan danışmayacaq

1 Avqust 09:00 Çempionlar Liqası 332
"Ağzımı tikmək məcburiyyətindəyəm" - Bir daha futboldan danışmayacaq

"Bir daha futbol barədə danışmayacağam".

Teleqraf xəbər verir ki, bunu FCSB-nin prezidenti Cici Bekali komandasının Şimali Makedoniya "Şkendiya"sına 1:2 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırmasını şərh edərkən deyib.

Rumıniya klubunun 67 yaşlı rəhbəri məğlubiyyəti biabırçılıq adlandırıb:

"Hamınızı təbrik edirəm, məndən daha yaxşı dua edirdiniz. 3 - 5 ay ərzində futbol barədə danışmamaq qərarını aldım.

Baş verənlər əsl biabırçılıqdır. Klubun uğurları mənə danışmaq haqqı verirdi, amma bundan sonra nə deyə bilərəm?

Komanda mənə gülünc hala salırsa, danışmaq hüququm var? İndi sizinlə birlikdə mən də gülürəm.

Avropa Liqasında əsas mərhələyə yüksələ bilsək, danışacağam. Amma indi ağzımı tikmək məcburiyyətindəyəm".

Bekali Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Kosovonun "Drita" klubunu zəif adlandırıb:

"Əsas mərhələyə yüksəlsək, sevinəcəyəm. "Drita" bizi üstələsə, futboldan gedəcəyik. Belə də olmalıdır, çünki bu rəqibdən daha zəifi yoxdur".

Cici Bekali bir müddət öncə "Şkendiya"nı məğlub edəcəklərini və növbəti mərhələdə potensial rəqib olan "Qarabağ"ı asan rəqib adlandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!