“Qarabağ”dan axmaq qollar buraxmaqdansa, bu, daha yaxşı olardı"

28 İyul 13:40 Çempionlar Liqası 1 588
“Qarabağ”dan axmaq qollar buraxmaqdansa, bu, daha yaxşı olardı"

"Fasiləyə məğlub yollansaq da, üstün olduğumuzu müzakirə edirdik".

Sportinfo.az xəbər verir ki, bunu "Şelburn"un kapitanı Peddi Barret evdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqda deyib.

32 yaşlı müdafiəçi Leandro Andradenin 13-cü dəqiqədə vurduğu qolun ürəkparçalayan olduğunu söyləyib: "Lakin güclü oyunçulara malik olduğumuzu bilirdik. Onlar irəli getməli idilər".

Barret matçın son dəqiqələrində buraxılan iki qolda komandanın yanlış seçim etdiyini bildirib:

"Hesabı bərabərləşdirmək üçün irəli atıldıq, bunu rəqibə hiss etdirmək istəyirdik. Amma axmaq qollar buraxmaqdansa, oyunda qalmağımız daha yaxşı olardı".

"Tolka Park" stadionunda təşkil olunan görüşün 81 və 85-ci dəqiqələrində müvafiq olaraq Aleksey Kaşuk və Nəriman Axundzadə fərqləniblər.

Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?