DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq - Zinəddin Zidan

7 Avqust 2025 00:10 Fransa 736
DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq - Zinəddin Zidan

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Defensa Central” RMC After Foot-un jurnalisti Jilber Brisbua məlumat verib.

“Didye Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra bizdə Zidan olacaq! Necə sevincli, hər şey həll olundu!”, - o bildirib.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib.

O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti