"Fənərbaxça" bu gün Niderland səfərində - Çempionlar Liqasında 6 oyun

"Fənərbaxça" bu gün Niderland səfərində - Çempionlar Liqasında 6 oyun

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçiriləcək.

“Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə (Bolqarıstan) və “Ferentsvaroş” (Macarıstan) da üz-üzə gələcək.

Bolqarıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Günən digər diqqətçəkən matçlarıından biri Niderlandda olacaq. Burada Türkiyənin “Fənərbaxça” klubu “Feyenoord”un qonağı olacaq.

Mərhələnin cavab oyunları avqustun 12-də və 13-də keçiriləcək.

7 avqust

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)

21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)

23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)

23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

6 avqust

"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0

"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1

"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1

"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”