Rayon klubu iki yetirməsi ilə anlaşmanı uzatdı - ÜÇ İLLİK

6 Avqust 03:20 Qəbələ 695
Rayon klubu iki yetirməsi ilə anlaşmanı uzatdı - ÜÇ İLLİK

"Qəbələ" iki futbolçusu ilə müqaviləsini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əylət təmsilçisi Qədir Ramazanov və Elnur Mustafayevlə yeni müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçi və 19 yaşlı müdafiəçi ilə müqavilə 3 il müddətinə nəzərdə tutulub.

"Qəbələ" bunadək Prins Ovusu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb), İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa), Eduardo Kundeni ("Persis", İndoneziya) sıralarına qatıb, Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarov və Urfan İsmayılovla yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu