Qurban Qurbanovun saatı

10 İyul 2022 16:20 Çempionlar Liqası 2 401
Qurban Qurbanovun saatı

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, öncə media nümayəndələrinin qarşısına "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxacaq.

50 yaşlı mütəxəssisin mətbuat konfransı sabah saat 17:30-da baş tutacaq. 17:50-də isə "Azersun Arena"da "Qarabağ"ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi keçiriləcək.

"Lex"in baş məşqçisi Con Van den Brom saat 18:40-da jurnalistlərin suallarını cavablandıracaq. Komandanın Tofiq Bəhramov adına Respublika Stadionundakı məşqi 19:00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti