”Qarabağn oynamasına şərait yaratdıq, amma nəticə bizi qane etdi”

10 İyul 2022 02:20 Çempionlar Liqası 871
”Qarabağn oynamasına şərait yaratdıq, amma nəticə bizi qane etdi”

"Lex"in kapitanı Mikael İshak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan sonra klubun rəsmi saytına danışıb.

Sportinfo.az xəbər verir ki, matçdakı yeganə qolun müəllifi olan hücumçu görüşlə bağlı bunları deyib:

"Bu oyunla bağlı yaxşı planımız var idi. Oyunun gedişində qələbəyə aparan mükəmməl yolu tapdığımızı hiss edirdik.

Biz sona qədər mübarizə apardıq və bu, qalib gəlməyimizə şans yaratdı. "Qarabağ" bizi təəccübləndirmədi.

"Qarabağ" avrokuboklarda oynamaq təcrübəsi olan çox yaxşı komandadı. Biz onların oynamasına şərait yaratdıq, amma nəticə bizi qane etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti