Onun ağlı "Qarabağ"dadır: "Uduzmaq əyləncəli deyil, biz gələcəyə baxırıq"

10 İyul 2022 09:20 Çempionlar Liqası 1 202
Onun ağlı "Qarabağ"dadır: "Uduzmaq əyləncəli deyil, biz gələcəyə baxırıq"

"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq.

Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis "Qarabağ"a qarşı Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy"ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq.

Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti