"Bizi "Qarabağ"la ağır döyüş gözləyir" - "Lex"in baş məşqçisi

9 İyul 2022 17:20 Çempionlar Liqası 1 173
"Bizi "Qarabağ"la ağır döyüş gözləyir" - "Lex"in baş məşqçisi

"Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir".

Sportinfo.az xəbər verir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom Bakıa "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib:

"Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti