"Visla"nın (Plotsk) müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşəlaşan "Lex" və "Qarabağ" barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Polşanın "Weszlo" portalına danışan Ağdam klubunun sabiq futbolçusu bunları deyib:
"Lex"in bəxtinə mümkün rəqiblər arasında ən çətini düşdü. Çünki daha əlverişli püşkatma gözləmək olardı.
Onları Azərbaycan çempionuna qarşı çox çətin oyun gözləyir.
Amma “Lex” Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq istəyirsə, “Qarabağ” kimi komandalardan qorxmamalıdır".

