"Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı"

7 İyul 2022 09:00 Çempionlar Liqası 802
"Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı"

"Qarabağ" texniki və taktiki planda bizdən daha yaxşı təsir bağışladı".

Sportinfo.az xəbər verir ki, bunu "Lex"inin sabiq futbolçusu Martsin Drayer Polşa çempionunun evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Veteran müdafiəçi bildirib ki, "köhlən atlar" səfərdə oynamasına baxmayaraq, meydanda dominantlıq ediblər:

"Azərbaycan təmsilçisi ilk baxışdan yaxşı vizual təəssürat yaratdı. Razılaşın ki, "Lex"in qazandığı nəticə sərgilədiyi oyundan daha yaxşı idi.

Cavab matçı öncəsi minimal hesablı qələbə cüzi üstünlükdür. "Qarabağ" uzun illərdir ki, avrokubokların qrup mərhələsində müntəzəm çıxış edir.

Ona görə də bu rəqibə qarşı oynamaq çox çətindir".

"Qarabağ" və "Lex" arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti