Bu gecə Çempionlar Liqasında nələr oldu? - NƏTİCƏLƏR

7 İyul 2022 00:40 Çempionlar Liqası 997
Bu gecə Çempionlar Liqasında nələr oldu? - NƏTİCƏLƏR

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub.

Bunların yalnız 3-də qələbə qeydə alınıb və sevinən tərəf meydan sahibləri olublar.

"Budye Qlimt" Norveçdə Farer adalarının "Klasksvik" klubunu, HIK Finlandiyada Latviyanın RFŞ komandasını, "Düdelanj" isə Lüksemburqda Albaniya "Tirana"sını məğlub edib.

Digər 4 qarşılaşmada isə qapılara qol vurulmayıb. Bu raundun cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

6 iyul

18:00. "Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

20:00. "Budye Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) - 3:0

Qol: Viktor Bonifase, 11; 31; 58 (pen.)

20:00. HIK (Finlandiya) - RFŞ (Latviya) - 1:0

Qol: Manuel Martiç, 11

21:30. "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) - 1:0

Qol: Hasan Nader, 71

Qırmızı vərəqələr: Mehdi Kirş, 54 ("Düdelanj"), Vesel Limay, 69 ("Tirana")

22:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 0:0

22:15. "Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:0

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) - 0:0

Qırmızı vərəqə: Mamuka Kobaxidze, 42 ("Dinamo")

Digər Xəbərlər
Xəbər Lenti