"Lex"in kapitanı 1:0-dan sonra iddia etdi: "Qarabağ" bizi təəccübləndirmədi"

6 İyul 2022 14:20 Çempionlar Liqası 850
"Lex"in kapitanı 1:0-dan sonra iddia etdi: "Qarabağ" bizi təəccübləndirmədi"

"Rəqib bizi təəccübləndirmədi".

Sportinfo.az xəbər verir ki, bunu "Lex"in kapitanı Mikael İshak evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu "köhlən atlar"ın yaxşı komanda olduğunu söyləyib:

"Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik".

İsveçli forvard matç üçün yaxşı planlarının olduğunu sözlərinə əlavə edib:

"Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı".

Komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti