"Biz komandamızın cavab matçında rahat oynamasına öyrəşmişik"

5 İyul 2022 22:00 Çempionlar Liqası 756
"Biz komandamızın cavab matçında rahat oynamasına öyrəşmişik"

"Təəssüf ki, "Lex" ilk oyununu evdə keçirəcək. Biz komandamızın səfərdən sərfəli nəticə ilə qayıdıb, cavab matçında rahat oynamasına öyrəşmişik".

Sportinfo.az xəbər verir ki, bunu "Lex"in sabiq qapıçısı Kşiştof Kotorovski Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu ilə "Qarabağ" arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

46 yaşlı veteran qolkiper bildirib ki, Poznan təmsilçisi evdəki ilk qarşılaşmada qələbə qazanıb, Bakıya yaxşı nəticə ilə yollanmalıdır:

"Ora çox isti olacaq, Bu, həm azarkeşlərə, həm stadiondakı atmosferə, həm də hava şəraitinə aiddir".

Bu gün Poznandakı eyniadlı stadionda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti