Yeni baş məşqçi kapitan problemini həll etdi

5 İyul 2022 21:40 Çempionlar Liqası 764
Yeni baş məşqçi kapitan problemini həll etdi

"Lex"də yeni mövsüm öncəsi kapitan dəyişikliyi olmayacaq.

Sportinfo.az xəbər verir ki, bu vəzifəni əvvəlkitək Mikhael İshak yerinə yetirəcək.

Yeni baş məşqçi Con van den Brom da bu məsələdə 29 yaşlı forvarda etimad göstərib.

Evdə "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda da kapitan sarğısını isveçli hücumçu daşıyacaq.

Bu gün Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda