"Lex"in kapitanı: "İndi daha güclüyük, "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

5 İyul 2022 02:20 Çempionlar Liqası 897
"Lex"in kapitanı: "İndi daha güclüyük, "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

"Bu oyunu səbirsizliklə gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

İsveçli hücumçu Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdikləri üçün xoşbəxt olduqlarını bildirib:

"Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda iştirak edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan.

Yaxşı komandamız var. 2 il öncəki ilə müqayisədə indi daha güclüyük. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq".

İyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti