“Qarabağ” üçün İngiltərədən gələcəklər – HƏLLEDİCİ TƏYİNAT

27 İyun 2022 13:40 Çempionlar Liqası 1 364
“Qarabağ” üçün İngiltərədən gələcəklər – HƏLLEDİCİ TƏYİNAT

Bakıda "Qarabağ" və "Lex" arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?