"Qarabağ"ın "Sürix"lə mümkün oyununun vaxtı

22 İyun 2022 23:00 Çempionlar Liqası 1 142
"Qarabağ"ın "Sürix"lə mümkün oyununun vaxtı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə "Sürix"i cavab matçının vaxtını açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

"Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2